Xəbər verdiyimiz kimi, COVAX platforması çərçivəsində Azərbaycana koronavirusa (COVID-19) qarşı vaksin gətirilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Viktor Qasımov COVAX platforması çərçivəsində ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib ki, bu partiyada Azərbaycana 84 min doz vaksin göndərilib.
Onun sözlərinə görə, Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doz yeni vaksin gətiriləcək.