M8 ekspress xətti (Maştağa qəsəbəsi-“Gənclik” m/st) adi rejimə keçirilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli tvitterdə məlumat yayıb. O qeyd edib ki, bu addım vətəndaşların rahatlığı nəzərə alınaraq atılıb.
V. Kərimli bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.