David Barnea İsrailin Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) rəhbəri vəzifəsinə təyin edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu bildirib.
56 yaşlı Barnea iyunun 1-də 38 illik xidmətdən sonra istefaya gedəcək “Mossad”ın hazırkı rəhbəri Yosi Koeni əvəz edəcək.
2019-cu ildən bu günədək o, “Mossad” rəhbərinin müavini vəzifəsini tuturdu.