ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Daha dörd nəfərin cəsədi tapılıb”, - o deyib.
Kavanın sözlərinə görə, 64 nəfərin həlak olması təsdiqlənib. Dairə başçısı əlavə edib ki, 76 nəfərin taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.