Bakıda avtoyuma məntəqəsindən oğurluq edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı İ.Hacıyev küçəsi 63-də yerləşən avtoyuma məntəqəsində çalışan Rəsul Məmmədzadə polisə şikayətində bildirib.
O iddia edib ki, həmin yerdə ona məxsus 2150 manat dəyərində olan bilərzik və 3 ədəd pişiyi oğurlanıb.
Şikayətlə bağlı araşdırma aparılır.
Mənbə: Oxu.Az