32 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər tək faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Biz 20 Yanvar hadisələri ilə özümüzü millət olaraq tanıdıq, dərk etdik. Həmin gün Bakı qırmızı rəngə boyandı, açılan 20 yanvar səhəri şəhid oğul və qızlarımızın qanından rəng aldı, xalqımızın azadlıq harayı sovet tanklarının tırtılları altında boğuldu.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu cinayətkar hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirdi. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiya prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldı.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.
Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri bu faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Onların Yanvar hadisələrinə siyasi -hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, heç biri bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş gömək olardı. Əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə 20 Yanvar faciəsinin müsibətlərini xalqımıza unutdurmağa çalışdılar.
Yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsil mahiyyəti onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub.
Ulu Öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzaladı. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.
Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. 31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Qanlı Yanvar faciəsindən 32 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzmkarlığı, mübarizliyi müstəqilliyimizə gedən yolun başlanğıcını qoydu. Həmin gecə törədilən faciəyə baxmayaraq, xalqı iradəsini qırmaq mümkün olmadı. Xalqımız öz qəhrəman övladlarının xatirəsini daim dərin ehtiram və hüznlə yad edir. Şəhidlərimizin fədakarlığı heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Gənclər vətənimizin hər qarışının şəhid qanı ilə yoğrulduğunu bilməli, vətənpərvərlik ruhunda böyüməlidirlər.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı xalqımız, xüsusən gənclərimiz üçün örnəkdir. Gələcək nəsillər də onlardan vətənpərvərlik nümunəsi götürəcəklər. Şəhidlər ölməzdir. Onları qəlbimizdə yaşatmaq, bu qəhrəmanlığı gələcək nəsillərimizə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün hər il Şəhidlər xiyabanına minlərlə insan axışır. Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən 30 il ötür. Həmin gecə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutdu. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciəni unutmur və heç vaxt unutmayacaq. Şəhidlərimiz qanları ilə tarix yazdılar. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Nəsillər dəyişsə də, şəhidlərin xatirəsi hər zaman ehtiramla anılacaq.
1990-cı il Yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar tariximizin həm kədərli, həm də qürurlu səhifəsidir.
Aygün Eminova
4 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi