Bakıda avtomobil 23 yaşlı qızı vurub
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Nəcəfli Səma Maqsud qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ biləyin sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Mənbə: Oxu.Az