• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: “Peyğəmbər siğəyə icazə verib”

sosial / manset

7-11-2023, 08:16

İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: “Peyğəmbər siğəyə icazə verib”
İlahiyyatçı Hacı Təyyar Hüseynli mətbuata verdiyi son açıqlaması ilə ciddi müzakirələrə yol açıb.

Bizim.media-ya açıqlamasında O iddia edir ki, əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər:

“Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Qadın estetik əməliyyat zamanı kişi həkimlə siğə etdirməlidir”. Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir otaqda oturduğun qadınla, getdiyin həkimlə siğə etdirmək fikirləri cəfəngiyyatdır:

“İslamda müddətli nikah yoxdur”

“Bu molla-fars rejiminin məqsədli şəkildə dövriyyəyə buraxdığı məsələdir. Onlar Qərbin və Vatikanın tövsiyyəsi ilə İslamı bu cür vasitələrlə gözdən salmaq istəyirlər. Hacı Təyyar Hüseynlinin fikirləri fars mədəniyyətinə, fars ənənələrinə uyğun bir iddiadır. Çünki farslar dünyaya yeni din və yeni dini qaydalar təqdim edir. Bu isə birbaşa İslama qarşı çıxmaq deməkdir. İslamda nikah daimidir. Nikah bağlanarkən orada zaman şərti olmur. Müddətli nikah yoxdur, ola bilməz də. Amma İslamda siğə deyilən bir məsələ var”.

Bəs, siğə nə məsələdir?

“Peyğəmbərin zamanında ordular uzaq səfərlərə çıxırdı. Onların geri qayıtması aylarla vaxt çəkirdi. Ona görə də Peyğəmbərimiz belə səfərlərin birində - Fələstini fəth edəndə bu fətvanı verib. Mədinədən çox uzaq olan bir ərazidə, Muta deyilən bir döyüşdə xeyli əsir götürülür.

Peyğəmbər ordusunda həmin əsirlərə qarşı zinakarlıq edənlər vardı. Bu başıpozuqluğun qarşısını almaq üçün peyğəmbər siğə məsələsini gündəmə gətirir. Beləcə, həm pozğunluğun qarşısı alınır, həm də uzaq yola çıxacaq qadın və kişilərin bir növ sosial hüquqları qorunur.

Yəni uzaq səfərdə olan və xanımından ayrı düşən kişilər həm sosial problemlərini həll etmək, yəni paltar yumaq, yemək bişirmək və digər qayğılardan qurtulmaq üçün hansısa qadını siğə edə bilərdi. Siğə edilən qadının da sosial və digər qayğıları həmin kişi tərəfindən qarşılanırdı. Bu bir növ qarşılıqlı müqavilədir. Bunu gətirib intim münasibətlərə bağlamaq doğru deyil.

Yəni Peyğəmbər zamanında uzun yola çıxan və uzun müddət evindən ayrı düşən kişilərə hansısa qadınla siğə ilə birgə yaşamaq hüququ verilirdi. Təsadüfi deyil ki, Peyğəmbər ordusu Mədinəyə dönəndən sonra bu qayda yasaqlandı”.

İlahiyyatçı müasir dövrdə siğənin hansı hallarda zərurətə çevrildiyindən də danışıb:

“Siğə zərurət məqamında meydana çıxır. Məsələn, bu gün hansısa kişi işi ilə bağlı yad ölkəyə gedir və orada aylarla qalır. Bax, həmin şəxsə siğə etdirmək vacibdir. Çünki gündəlik iş başında olan kişinin yeməyini bişirən, paltarını yuyan və digər qayğılarını həll edəcək birisinə ehtiyac var.

Bu zaman həmin kişi qarşılıqlı razılaşma yolu ilə ancaq dul qadınla siğə etdirə bilər. Əslində siğənin fəlsəfəsi imkansız bir qadına əl tutmaq, ona sahiblənmək anlamı daşıyır. Əfsuslar olsun ki, çoxları siğə deyəndə ancaq məsələnin intim tərəfini düşünür. Bu tam yanlış yanaşmadır. Məsələyə sosial tərəfdən baxmaq daha doğru olardı”.

Tural İrfan siğənin İslamdakı istisnalarla bağlı olduğunu bildirib:

“Necə ki, sağlamlığı imkan verməyən adama oturaq şəkildə namaz qılmaq, səfərə çıxan adama oruc tutmamaq, acından ölən adama donuz əti yemək icazəsi verilirsə siğə də bu qəbildəndir.

Yəni zərurət olduğu təqdirdə kiminləsə siğəyə getmək olar. Yoxsa cinsi ehtirası ödəmək üçün bir neçə saatlıq və yaxud bir günlük siğələr olmaz. Bunlar İslamın adına ləkədir”.

Oxunub: 122
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

5-08-2023, 12:25

Ərdoğan avqustda Fars Körfəzi ölkələrinə ikinci turunu planlaşdırır

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • Bu gün, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • Bu gün, 11:38
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • Bu gün, 11:32
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • Bu gün, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • Bu gün, 11:23
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • Bu gün, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • Bu gün, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • Bu gün, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 10:30
    Darmadağından sonra istefa verdi
  • Bu gün, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
  • Dünən, 16:28
    Ata və oğulun əbədi xatirəsi...
  • Dünən, 12:42
    XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
  • Dünən, 12:38
    İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
  • Dünən, 12:34
    “Yuventus”un qapıçısı zədələndi
  • Dünən, 12:28
    Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
  • Dünən, 12:15
    Tarixi missiya uğurla yerinə yetirildi
  • Dünən, 12:09
    Həmin sakinlərdən 3867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:03
    Cəlilabadda “Mercedes” transformatora çırpıldı
  • Dünən, 11:25
    20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi
  • 19-09-2026, 13:07
    Şanlı Zəfər salnaməsi
  • 19-09-2026, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • 19-09-2026, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • 19-09-2026, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • 19-09-2026, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • 19-09-2026, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • 19-09-2026, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • 19-09-2026, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • 19-09-2026, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • 19-09-2026, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • 19-09-2026, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • 18-09-2026, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • 18-09-2026, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • 18-09-2026, 14:32
    Bizim Nizami müəllim...
  • 18-09-2026, 10:27
    DTX məlumat yaydı - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə