• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Könül Nəbizadə- ən geniş yayılmış cinayət kompüter cinayətidir,barənizdə olan şəxsi məlumatların konfidensiallığını qoruyun.

sosial / manset

19-09-2024, 11:12

Könül Nəbizadə- ən geniş yayılmış cinayət kompüter  cinayətidir,barənizdə olan şəxsi məlumatların konfidensiallığını qoruyun.
Hazırki dövrdə yayılmış ən geniş cinayət növü-kibercinayətkarlıq və ya başqa sözlə ifadə etsək kompüter cinayəti, maliyyə cinayətləri və reklam fırıldaqlığı da daxil olmaqla geniş fəaliyyət spektrini əhatə edir- kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir. Qloballaşma prosesi muasir cəmiyyətlərə müsbət və mənfi təsirləri ilə xarakterizə olunur. Əksər hallarda bu proses rəqəmsal texnologiyalardan istifadə etməklə hər kəsin rifahına pozitiv təsir etsə də, bir sıra məqamlarda isə İKT inkişaf etdikcə adekvat olaraq virtual məkanda kriminal elementlər də aktivləşir. Daha doğrusu, bu prosesdən oz cinayətkar məqsədləri üçün yararlanmaq və ya sui-stifadə etmək istəyən xüsusi kateqoriya şəbəkə kriminalları formalaşır. Ona gorə də, internetdən, elektron və rəqəmsal texnologiyalardan istifadənin, habelə kiberməkanın cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektlərinin öyrənilməsi dövrün tələbi kimi çıxış edir. Cəmiyyətdə yaranan yeni virtual münasibətlər sistemində, İnternetin, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisi beynəlxalq hüquqda beynəlxalq xarakterli və ya transmilli cinayətlərin yeni növünü – kibercinayətləri cəmiyyətin və hüququn mühüm elementinə çevirmişdir.
Müasir dövrdə hər bir dövlətin milli informasiya infrastrukturu qlobal sistemdə birləşmiş internet şəbəkəsi ilə sıx bağlıdır. Məhz buna görə də bu növ cinayətkarlıq dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu növ cinayətkarlıqla mübarizə aparmaq çox vacibdir. Bu cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə mexanizmləri hazırlanmalı və dünya birliyinin heç bir dövləti bu sahədə qəbul olunmuş standartlardan kənarda qalmamalıdır. Kibercinayətkalıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkəmizin sahəvi qanunvericiliyinə tətbiqi sahəsində ilk qanunvericilik tədbiri kimi ölkəmizin Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulmasını qeyd etmək olar.
Azərbaycan Respublikasında kibercinayətkarlıqla mübarizənin təşkilati-hüquqi əsasları Kibercinayətkarlıqla mübarizə, o cümlədən informasiya təhlükəsizliyi məsələsi bir çox dövlət orqanlarının birgə əlaqəli işini tələb edir. Bu sahədə fəaliyyətin həyata keçirilməsinin müxtəlif aspektləri ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinə şamil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq dəyişikliklər həyata keçirilmiş və müvafiq maddələrində(271, 272, 273, 273-1, 273-2) kibercinayətlərin anlayışı geniş izah edilmişdir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması və kibercinayətkalıqla mübarizə ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur ki, onların da əsas məqsədini bu sahəyə aid olan beynəlxalq hüquqi norma və prinsiplərin effektiv dövlətdaxili tətbiqinə nail olunması təşkil edir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Kibercinayətkarlılqa Mübarizə Baş İdarəsi yaradımışdır və bu növ cinayətlərin artmasının qarşısının alınması uğurla davam etdirilməkdədir.

Oxunub: 104
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

29-11-2023, 17:09

TAMAH MƏQSƏDI İLƏ TÖRƏDİLƏN CİNAYƏT-KİBERCİNAYƏT

gundem / ust / manset

3-04-2024, 21:38

Könül Nəbizadə- Rəqəmsal texnologiyaların yaratdığı mühit cinayətlərin törədilməsi və miqyasının genişlənməsi şəraitini yaradır.

gundem / ust / manset

15-08-2024, 15:32

Kibercinayət cinayət tərkibli əməldir-Könül Nəbizadə

dunya / manset

20-01-2024, 16:40

Rusiyada kosmodroma kompüter avadanlıqları daşıyan qatar yolda qarət olunub

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • Dünən, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • Dünən, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • Dünən, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • Dünən, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • Dünən, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • Dünən, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • Dünən, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • Dünən, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • Dünən, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • Dünən, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • Dünən, 12:00
    Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb
  • Dünən, 11:55
    “Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
  • Dünən, 11:50
    Hamımızın yumruq olduğu gündür!
  • 7-11-2026, 17:50
    Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
  • 7-11-2026, 17:30
    “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
  • 7-11-2026, 17:08
    Xankəndi Stadionu açıldı
  • 7-11-2026, 16:11
    8 NOYABR – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 15:42
    BAŞ DAŞLARINI QEYRƏT AĞACITƏK UCALDANLARIN HEKAYƏSİ – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 14:00
    8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
  • 7-11-2026, 13:22
    Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Seyfulla oğlu Eminov: 8 NOYABR – AZƏRBAYCAN TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN BÖYÜK ZƏFƏR GÜNÜ!
  • 7-11-2026, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • 7-11-2026, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • 7-11-2026, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 7-11-2026, 11:01
    Sürücülərin nəzərinə!
  • 6-11-2026, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • 6-11-2026, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • 6-11-2026, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • 6-11-2026, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • 6-11-2026, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • 6-11-2026, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • 6-11-2026, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • 6-11-2026, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • 6-11-2026, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə