• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

sosial / manset

27-02-2025, 13:34

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalı: Qanlı Yaddaşın Səsi” adlı ədəbi-bədii tədbir və “Xocalı: Unudulmayan Tarix” adlı anım tədbiri təşkil olunub.

Dəhşətli soyqırımın 33-cü ildönümü ilə əlaqədar təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, üzv və könüllü gənclər anım yürüşündə iştirak ediblər. Gənclər Xocalı faciəsində amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirlər proqramına uyğun olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı: Qanlı Yaddaşın Səsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə dünyaca məşhur fotojurnalist Reza Deqati iştirak edərək Xocalı faciəsinin şahidi olduğu anlarla bağlı təəssüratlarını bölüşüb. O, Xocalı soyqırımına dair çəkdiyi nadir və tarixi fotoları təqdim edərək, bu görüntülərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayıb. Tədbirin ikinci hissəsində tələbə gənclərin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı: Unudulmayan Tarix” adlı anım tədbiri keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Musa Qasımlı, millət vəkili Naqif Həmzəyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış edərək 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açıblar.

Natiqlər çıxışlarında bildiriblər ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk olunub. Xocalıda baş verən bu insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd edilib. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində tarixi ədaləti bərpa edib, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edilib, bir qismi həbs olunub. Beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alınıb. Bu gün üçrəngli bayrağımız azad Xocalıda dalğalanır və Xocalı sakinlərinin bir qismi uzun həsrətdən sonra öz doğma yurdlarına qayıdıblar. Artıq xalqımız XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini alnıaçıq, qalib ölkə, zəfər qazanmış xalq kimi ziyarət edir. Uzun illərdən sonra Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi, ruhu şaddır.

Sonda tədbirdə iştirak edən qonaqlar və gənclər muzeydə sərgilənən “Xocalı Yaddaşımız” sərgisinə baxış keçirərək Xocalı soyqırımına dair tarixi fotoşəkillərlə tanış olublar.

“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

Oxunub: 37
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

27-09-2024, 19:47

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

gundem / manset

14-12-2024, 13:14

“Böyük Qayıdış” Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib

gundem / manset

26-02-2025, 10:41

İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət etdi

gundem / manset

2-02-2025, 14:37

"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib

gundem / ust / manset

21-01-2025, 13:26

“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümünü bir sıra tədbirlərlə qeyd edib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • Bu gün, 11:38
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • Bu gün, 11:32
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • Bu gün, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • Bu gün, 11:23
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • Bu gün, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • Bu gün, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • Bu gün, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 10:30
    Darmadağından sonra istefa verdi
  • Bu gün, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
  • Dünən, 16:28
    Ata və oğulun əbədi xatirəsi...
  • Dünən, 12:42
    XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
  • Dünən, 12:38
    İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
  • Dünən, 12:34
    “Yuventus”un qapıçısı zədələndi
  • Dünən, 12:28
    Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
  • Dünən, 12:15
    Tarixi missiya uğurla yerinə yetirildi
  • Dünən, 12:09
    Həmin sakinlərdən 3867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 12:03
    Cəlilabadda “Mercedes” transformatora çırpıldı
  • Dünən, 11:25
    20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi
  • 19-09-2026, 13:07
    Şanlı Zəfər salnaməsi
  • 19-09-2026, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • 19-09-2026, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • 19-09-2026, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • 19-09-2026, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • 19-09-2026, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • 19-09-2026, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • 19-09-2026, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • 19-09-2026, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • 19-09-2026, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • 19-09-2026, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • 18-09-2026, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • 18-09-2026, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • 18-09-2026, 14:32
    Bizim Nizami müəllim...
  • 18-09-2026, 10:27
    DTX məlumat yaydı - Video
  • 18-09-2026, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə