• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər”

sosial / manset

17-03-2026, 09:36

“Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər”
“Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı, istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bu günə qədər televiziya tərəfindən bizə ödənməli olan 130 543,40 manat pul hələ də verilməyib”.

Bu şikayətlə “Qafqazinfo”ya “Depo Production” MMC-nin əməkdaşı, dizayner Emil Mirzəyev müraciət edib.

O bildirib ki, işlərə heç bir ilkin ödəniş olmadan başlanılıb və bütün xərclər icraçı şirkət tərəfindən qarşılanıb: “Təklifi aldıqdan sonra televiziyanın rəhbərliyi ilə bir neçə görüş və müzakirələr olub, dizaynların hazırlanmasına başlanılıb. Daha sonra bu iş üzrə 109002 saylı studiya avadanlıqlarının və dekorasiyaların satın alınması müsabiqəsi elan olundu. Bizdə göstəricilərlə bağlı bir balaca problem olduğu üçün tenderi başqa bir şirkət - “TAHMAZOV COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti qazansa da, işlərin icrasını biz həyata keçirdik. Çünki ilk görüş bizimlə olub, bizim şirkəti tanıyıb dəvət ediblər, görüşlərdə də şəxsən özüm iştirak etmişəm. Bağlanmış müqavilə üzrə işlərin icrasına başlanıldı. Rəhbərlik dəyişdirildiyinə görə studiyaların dekorasiyalarının dizayn və quruluşlarına sifarişçi tərəfindən dəyişikliklər edilib. Bunlar heç bir ödəniş alınmadan, bütün xərclər şirkətimiz tərəfindən qarşılanaraq həyata keçirilib. O cümlədən, televiziyanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisində kuratoru olan Günay Malikqızı və televiziyanın sədr müavini Xaliq Babayev tərəfindən bizdən şifahi tələb olunub və buna görə əvvəlcədən hazırlanmış dizayn və eskizlər yenidən işlənilib hazırlanıb. Bu səbəbdən də dekorasiyalara aid olan şərtlər toplusu dəyişib və bunun rəsmiləşdirilməsinin lazım olmağı barədə heç bir xəbərdarlıq olunmayıb. Bu səbəbdən bugünkü tarixə qədər dekorasiya işlərinə aid olan hissəsi, 130 543,40 AZN hələ də ödənilməyib”.

Şikayətçi iddia edir ki, televiziyanın sədr müavinləri İlhamə Novruzova və Xaliq Babayev dəyişdirilmiş şərtlər toplusunu qəbul etməkdən boyun qaçırır: “Bu vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında, Günay Malikqızının qəbul otağında olarkən dəyişikliklərin bu çətinliyi yaratdığını xatırladanda bizə verdiyi cavab belə oldu: “Etməzdiniz”. Halbuki müqaviləyə əsasən, hər hansı səbəbdən zərurət yaranarsa, müqavilədə qeydə alınmış bəndlər üzərində dəyişikliklər etmək mümkündür.

Qeyd edək ki, dekorasiyaların quruluşu zamanı sifarişçi tərəfindən edilmiş dəyişiliklər və müqavilədə nəzərdə tutulmamış əlavə işlərin lokasiya, material təşkili və düzəlməsi səbəbindən icra müddətində gecikmələr yaranıb. Bu səbəbdən müqavilənin müvafiq bəndinə əsasən, müqavilə dəyərinin, 383.945,70 manat, 10 faizi qədərində 38.394,57 manat cərimə tətbiq edilib və müqavilə üzrə avadanlıqlar üçün ödənilən məbləğdən artıq çıxılıb”.

Dizayner əlavə olaraq bildirib ki, dekorasiya işləri artıq 5 aydır tamamlanmasına baxmayaraq, təhvil-təslim aktı sifarişçi tərəfindən imzalanmır və rəsmi təhvil alınmamış studiya dekorlarından efirdə istifadə olunur: “Müqaviləyə görə, ödənişin və təhvil-təslimin gecikməsi tərəflərin hər ikisi üçün 10 faiz həcmində maliyyə məsuliyyəti yaradır. Eyni zamanda, televiziya daxilindəki rəhbərlik dəyişiklikləri və fikir ayrılıqları məsələnin həllini çətinləşdirir. Gecikdirilən ödəniş şirkətin fəaliyyətinə, o cümlədən işçilik, material və vergi öhdəliklərinə mənfi təsir göstərir”.

Məsələ ilə bağlı Naxçıvan televiziyasının sədr müavini İlhamə Novruzova ilə əlaqə saxladıq. O, səsləndirilən iddialara belə cavab verdi: “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə “Depo Production” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında son 2 il ərzində heç bir müqavilə bağlanmayıb. Odur ki, "Depo Production” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı hüquqi öhdəlik və ya müqavilə əsasında əməkdaşlıq mövcud deyil”.

Lamiyə Məmmədova

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / manset

2-01-2025, 12:10

Bu kanalın yenidən qurulmasına 12,4 milyon manat ayrıldı

gundem / manset

15-03-2025, 12:36

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

gundem / manset

15-02-2025, 11:33

Xarici şirkət Azərbaycan bazarını tərk edir

gundem / manset

1-07-2025, 11:05

İTV-dən Kənan MM-in iddialarına cavab

iqtisadiyyat / manset

31-07-2024, 12:50

“Naxçıvan TV” ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:09
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • Dünən, 19:37
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • Dünən, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • Dünən, 10:36
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • Dünən, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • Dünən, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • Dünən, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
  • Dünən, 10:17
    “Qalatasaray” “Sportinq”ə qarşı - ÇL-də günün oyunları
  • Dünən, 10:12
    Paytaxtın 7 yolunda sıxlıq var
  • Dünən, 10:08
    Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi
  • 8-09-2026, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
  • 8-09-2026, 10:09
    Generala ağır itki
  • 8-09-2026, 10:05
    Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
  • 8-09-2026, 10:03
    Fransada dəhşətli tornado - Anbaan görüntülər
  • 8-09-2026, 10:00
    Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
  • 8-09-2026, 09:57
    Bu yollarda tıxac var - Siyahı
  • 8-09-2026, 09:54
    İran Rusiya ilə birgə yeni AES tikmək istəyir
  • 8-09-2026, 09:51
    “Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə
  • 8-09-2026, 09:48
    3 günlük atəşkəs başa çatdı
  • 8-09-2026, 09:44
    AfD Almaniyada qadağan edilə bilər
  • 7-09-2026, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • 7-09-2026, 10:04
    Həftəyə tıxacla başladıq
  • 7-09-2026, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • 7-09-2026, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • 7-09-2026, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • 7-09-2026, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • 7-09-2026, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • 7-09-2026, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • 7-09-2026, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • 7-09-2026, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • 6-09-2026, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • 6-09-2026, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • 6-09-2026, 12:06
    Faktiki hava açıqlandı
  • 6-09-2026, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • 6-09-2026, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə