
Naxçıvan Muxtar Respjublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb.
“Qafqazinfo” xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib.
Qeyd edək ki, qəzada yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.
Şahin Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.