• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?

sosial / manset

7-06-2026, 11:53

Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
Azərbaycanda kütləvi dava, məktəb zorakılığı və küçə aqressiyası ilə bağlı hər yeni xəbər məni eyni qənaətə gətirir: biz artıq tək-tək hadisələrdən yox, cəmiyyətin ruhuna sirayət etmiş bir aqressiya dalğasından danışırıq.

Bakının kəndləri, qəsəbələri və onların yazılmamış qanunları...

Amma özümüzü aldatmayaq. Bu bəla çoxdan həmin sərhədləri aşıb. Aqressiya artıq təkcə Zığın küçələrində yumruq olub partlamır. Elə bu yaxınlarda şəhərin mərkəzində, ən bahalı özəl liseylərdən birində bir şagirdin müəllimini güllələməsi xəbəri hamımızı sarsıtdı. Fəlakətin miqyası budur. Bu, ayrı-ayrı hadisələr yox, bütöv bir sosial epidemiyanın əlamətləridir.

Suraxanı rayonunun Zığ qəsəbəsində baş verən son kütləvi dava barədə bir neçə kəlmə demək istəyirəm.

Xəbər qurudur: mübahisə düşüb, tərəflər xəsarət alıb, 7 nəfər saxlanılıb, cinayət işi açılıb.

Amma rəsmi xəbərlərin quru dili həqiqəti gizlədir. Çünki bir-birini şikəst edənlər həyatı yenicə tanımağa başlayan məktəblilərdir. Hüquq-mühafizə orqanları həmin yeniyetmələri cəzalandıra bilər, amma məktəb partalarından küçələrə daşan mənəvi və psixoloji böhranı həll edə bilməz. Məni narahat edən də budur: qanun nəticəni cəzalandırır, səbəb isə hələ də aramızda gəzir.

Əslində, biz hamımız bu aqressiyanın içindəyik. Əsəbi siqnallar, bir baxışdan yaranan mübahisələr, ən kiçik sözdən alovlanan qəzəb artıq gündəlik həyatın bir hissəsinə çevrilib.

Bəziləri deyir ki, əvvəllər də davalar olurdu. Bəli, olurdu. Amma 14-15 yaşlı uşaqların bu qədər asanlıqla dəstələrə bölünüb bir-birinin qanına susaması, müəllimə silah qaldırması bu miqyasda deyildi.

Məncə, əvvəlki nəsli tənzimləyən qorxu yox, ictimai nəzarət idi. Küçədə dava edən uşağı qonşunun baxışı, məhəllə ağsaqqalının sözü dayandırırdı. Ailədən gələn böyük-kiçik anlayışı bir çox hallarda qanundan daha təsirli işləyirdi.

Bu gün isə həmin bağlar qırılıb. Virtual dünyanın yaratdığı fərdiyyətçilik uşaqları valideyndən, müəllimdən və cəmiyyətdən uzaqlaşdırıb. Kasıb məhəllənin uşağı da, elit məktəbdə oxuyan yeniyetmə də eyni boşluğun içindədir. Onların bir çoxu üçün avtoritet sosial şəbəkələrdə nümayiş olunan saxta gücdür. Zorakılıq videoları, küçə qəhrəmanlığı kultu və aqressiyanı normallaşdıran məzmunlar dialoqu zəiflik hesab edən bir düşüncə formalaşdırır.

Bəs niyə bu qədər barıta dönmüşük?
Ətraflı

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Psixologiya burada daha dərin mənzərə göstərir. İnsanlar daxilində yığılan uğursuzluq, sıxılmışlıq və mənəvi çarəsizlik hissini bir-birinin üzərinə boşaldırlar. Zığda havaya qalxan yumruqlar da, sinif otağında çəkilən tətik də, əslində, qarşıdakı insandan çox daxildəki boşluğa yönəlmiş qəzəbin nəticəsidir.

Kütlə psixologiyası işə düşəndə fərdi düşüncə susur. “Mən” yox olur, yerini instinkt tutur. Biz danışmağı və qarşı tərəfi dinləməyi zəiflik hesab etdikcə, bu qaranlıq yeni nəsli udmağa davam edəcək.

Bu mənzərədə məktəblər və müəllimlər də çıxılmaz vəziyyətdə qalıb.

Müəllimin uşağa əl qaldırmasının tərəfdarı deyiləm. Müasir dünyada bu qəbuledilməzdir. Amma müəllimin əlindən bütün təsir vasitələrini alıb ona alternativ verməmək də çıxış yolu deyil. Bu gün müəllim çox vaxt sinifdə intizamı pozan, hətta təhlükə yaradan şagird qarşısında faktiki olaraq tərksilah olunub.

İnkişaf etmiş ölkələr bu problemi fərqli həll edir. Orada müəllim uşağı döymür, amma sistem dərhal işə düşür. Məktəb psixoloqları, sosial işçilər, reabilitasiya proqramları və valideyn məsuliyyəti mexanizmləri fəaliyyət göstərir. Uşaq zorakılıq edirsə, məsuliyyət təkcə onun yox, ailəsinin də üzərinə düşür.

Dünya təcrübəsi gözümüzün önündədir. Amma biz gecikirik.

Hüquqi baxımdan Zığdakı dava da, müəllimin güllələnməsi də cəzasız qala bilməz. Dövlət asayişi qorumaq üçün sərt mövqe göstərməlidir. Cəmiyyət bilməlidir ki, küçə qanunları və zorakılıq sivil cəmiyyətin alternativi deyil.

Amma qanun hadisədən sonra işə düşür. Cəza insanı həbs edə bilər, aqressiyanın kökünü isə qurutmur.

Buna görə də biz təkcə qadağaları deyil, preventiv sistemi də qurmalıyıq. Məktəblərdə emosional intellekt və münaqişələrin sivil həlli ilə bağlı proqramlar genişləndirilməli, müəllimin nüfuzu bərpa edilməli, ailənin məsuliyyəti artırılmalıdır. Valideynlər məktəbi sadəcə uşağın vaxt keçirdiyi məkan kimi görməkdən vaz keçməlidirlər.

Çünki yumruqların və silahların danışdığı yerdə ağıl susur. Ağıl susanda isə uduzan yalnız cinayəti törədənlər deyil, bütövlükdə cəmiyyətin gələcəyi olur.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün...

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

sosial / manset

26-09-2023, 08:15

Bakıda toy mərasimində mübahisə kütləvi dava ilə nəticələnib, xəsarət alan var

sosial / manset

18-09-2023, 09:11

Bakıda kütləvi dava olub, bıçaqlananlar var

sosial / manset

15-04-2023, 10:34

Bakıda futbol meydançasında kütləvi dava: Yaralılar var

sosial / manset

4-11-2024, 08:42

Bakıda məşhur restoranda kütləvi dava

sosial / manset

31-03-2024, 12:03

Bakıda kütləvi dava: Bıçaqlananlar var

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:53
    "Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
  • Bu gün, 13:31
    “İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”
  • Bu gün, 13:28
    Göygöldə qanunsuz tikili söküldü
  • Bu gün, 13:24
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Bu gün, 13:20
    “ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
  • Bu gün, 10:54
    “Azərişıq” Gədəbəydə yeni güc mərkəzləri quraşdırdı
  • Bu gün, 10:49
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:33
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Bu gün, 10:29
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Bu gün, 10:25
    Yaşamaq üçün ən ideal ölkə açıqlandı
  • Dünən, 21:57
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • Dünən, 20:48
    Namidə İsayeva yeni vəzifəyə təyin olundu
  • Dünən, 14:05
    Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
  • Dünən, 12:29
    Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
  • Dünən, 12:24
    Süni intellekt oğruları
  • Dünən, 11:43
    Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu
  • Dünən, 11:27
    Qarpız bu şəxslər üçün zərərlidir
  • Dünən, 11:17
    Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
  • Dünən, 11:11
    Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
  • Dünən, 11:03
    SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş
  • Dünən, 10:56
    Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi
  • Dünən, 10:51
    Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
  • 2-08-2026, 13:14
    Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
  • 2-08-2026, 12:34
    ABŞ vətəndaşı peyvəndi olmayan nadir virusa yoluxdu
  • 2-08-2026, 12:29
    Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
  • 2-08-2026, 12:23
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • 2-08-2026, 12:16
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • 2-08-2026, 12:12
    Sloveniya Prezidenti qəzaya düşdü
  • 2-08-2026, 12:02
    İkram Kərimov vəfat etdi
  • 2-08-2026, 11:58
    Bu gün imtahan var
  • 2-08-2026, 11:54
    İrana hücumu ləğv etdi
  • 2-08-2026, 11:50
    “Onunla ilk görüşə çamadanla getdim”
  • 2-08-2026, 11:47
    Qvardiolanın da çıxış etdiyi klub müflis elan olundu
  • 1-08-2026, 19:45
    Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin xatirəsi anıldı
  • 1-08-2026, 15:53
    Ağstafa rayonu Həsənsu kənd sakini susuzluqdan od püskürdü! VİDEO FAKT...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə