• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Mərhəmət Lələyevin müəllifi olduğu “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub

sosial / manset

13-06-2026, 17:50

Mərhəmət Lələyevin müəllifi olduğu “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub
Cənub bölgəsinin tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətinə həsr olunmuş, böyük zəhmət və uzunmüddətli araşdırmalar nəticəsində ərsəyə gələn “Doğma elin simaları” kitabının birinci cildi işıq üzü görüb.
Kitabın müəllifi Cənubunsəsi Xəbər Portalının təsisçisi və baş redaktoru, “Liqa” qəzetinin baş redaktoru, ictimai fəal, bloger və jurnalist Mərhəmət Lələyevdir.
Mərhəmət Lələyev uzun illərdir ki, Azərbaycanın cənub bölgəsində yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin həyat və yaradıcılığının araşdırılması, onların cəmiyyətə xidmətlərinin işıqlandırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. O, 2016-cı ildə təsis etdiyi “Masallının Səsi” informasiya resursunda, daha sonra fəaliyyətini genişləndirərək Cənubunsəsi Xəbər Portalında minlərlə insan haqqında məqalələr, reportajlar və müsahibələr dərc edib. Bununla yanaşı, bölgənin tanınmış simalarına həsr olunmuş çoxsaylı sənədli filmlərin müəllifi və layihə rəhbəri kimi də tanınır.
“Doğma elin simaları” kitabı müəllifin uzun illər ərzində topladığı materiallar, apardığı araşdırmalar və görüşlər əsasında hazırlanıb. Layihənin əsas məqsədi cənub bölgəsinin ictimai, siyasi, elmi, mədəni, səhiyyə, təhsil, idman və digər sahələrdə xidmətləri ilə seçilən insanlarının həyat yolunu sənədləşdirmək, onların fəaliyyətini gələcək nəsillərə çatdırmaq və bölgənin mənəvi irsinin qorunmasına töhfə verməkdir.
Ümumilikdə üç cilddən ibarət nəzərdə tutulan nəşrdə 3000-dən çox cənublu haqqında məlumatın yer alması planlaşdırılır. Artıq nəşr olunmuş birinci cilddə Lənkəran, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Astara və Cəlilabad rayonlarını təmsil edən 361 nəfər haqqında geniş bioqrafik məlumatlar, həyat və fəaliyyətlərinə dair faktlar öz əksini tapıb.
Müəllifin sözlərinə görə, hazırda ikinci və üçüncü cildlərin hazırlanması istiqamətində işlər davam etdirilir və həmin nəşrlərdə yüzlərlə yeni sima haqqında məlumatların oxuculara təqdim olunması nəzərdə tutulur.
Kitabın ərsəyə gəlməsində peşəkar redaksiya heyətinin də böyük əməyi olub.
Baş redaktor: Zakir Abbas – Əməkdar jurnalist, yazıçı-tərcüməçi
Baş məsləhətçi: Fərahim Sadıqov – Bakı Elm-Təhsil Mərkəzinin direktoru, pedaqogika elmləri doktoru, professor, akademik Yusif Məmmədəliyev mükafatı laureatı, Prezident təqaüdçüsü
Elmi məsləhətçi: Həsənbala Sadıqov – AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
Redaktor: Akif Ağayev – AJB-nin Masallı Rayon Təşkilatının sədri, yazıçı-publisist, jurnalist
Korrektor: Faiq Mirzə
Dizayn: Elsevər Əliyev
Mətnin kompüter yığımı: MirSadiq Eminov
Kitabın naşiri isə “Dodo” qəzetinin təsisçisi və baş redaktoru İradə Məlikova olub.

Qeyd edək ki, belə genişmiqyaslı layihənin həyata keçirilməsi xeyriyyəçi insanların dəstəyi sayəsində mümkün olub. “Doğma elin simaları” kitabının birinci cildi tanınmış iş adamı, xeyriyyəçi, “Masallı Electronics” şirkətinin təsisçisi Ruslan Bağışovun, eləcə də Masallı rayonunda fəaliyyət göstərən AMOR Şirniyyat və Dekor Evinin təsisçisi, iş xanımı Sədaqət xanımın maliyyə dəstəyi ilə çap olunub.
Müəllif və layihə rəhbəri Mərhəmət Lələyev kitabın nəşrinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu nəşr yalnız bir kitab deyil, həm də cənub bölgəsinin tarixini, yaddaşını və görkəmli insanlarının həyat yolunu yaşadan mühüm ensiklopedik mənbədir. O bildirib ki, gələcəkdə layihənin daha da genişləndirilməsi, yeni cildlərin nəşri və bölgənin tanınmış simaları haqqında əlavə materialların toplanması istiqamətində işlər davam etdiriləcək.
“Doğma elin simaları” kitabının nəşri cənub bölgəsinin tarixi yaddaşının qorunması, görkəmli şəxsiyyətlərinin tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu nəşr təkcə bu günün deyil, gələcək tədqiqatçılar, tarixçilər və oxucular üçün də dəyərli mənbələrdən biri olacaq.

Doğma elin simaları kitabının müəllifi
Mərhəmət Lələyev

Oxunub: 40
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

10-10-2025, 11:58

Mərhəmət Lələyev: Doğma elin insanları  “Arzusunda olduğum kitab”

gundem / manset

15-09-2025, 17:09

Üç illik fasilədən sonra CənubunSəsi az yenidən fəaliyyətə başlayır!

gundem / siyaset / manset

22-01-2026, 16:09

Milli Məclisin deputatı Fəzail İbrahimli jurnalist Mərhəmət Lələyevi qəbul edib

gundem / sosial / manset

15-11-2025, 13:36

Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)

gundem / manset

30-01-2026, 14:54

Mərhəmət Lələyev üçün özəl gün

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Şanlı Zəfər salnaməsi
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə