• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi

sosial / manset

13-08-2026, 15:09

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
Ali Məhkəmənin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.

Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.

İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyi:

Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrumedilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi.

İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub. Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad olunması müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.

Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur). Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.

Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabərsəviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz.

Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər. Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.

Valideynlik hüququndan məhrumedilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərini başqa yolla qorumaq mümkünsüz olduğu hallarda tətbiq edilir. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.

Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

dunya / manset

29-08-2024, 14:09

Durov valideynlik hüququndan məhrum edilib

sosial / manset

7-07-2026, 12:40

Boşanmadan da aliment ala bilərsiniz...

sosial / manset

14-08-2025, 11:40

Bu halda xidmət haqqına görə lift bağlana bilməz - Ali Məhkəmə

sosial / manset

4-04-2025, 19:00

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

kriminal / manset

5-08-2025, 12:20

Bu dəfə aliment verməyən ana cəzalandırıldı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • Dünən, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • Dünən, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • Dünən, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • Dünən, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • Dünən, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • Dünən, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • Dünən, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • Dünən, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • Dünən, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • Dünən, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
  • 26-09-2026, 10:43
    Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
  • 26-09-2026, 10:32
    “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
  • 25-09-2026, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • 25-09-2026, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • 25-09-2026, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • 25-09-2026, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • 25-09-2026, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • 25-09-2026, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • 25-09-2026, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • 25-09-2026, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • 25-09-2026, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • 25-09-2026, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
  • 25-09-2026, 09:52
    İranla diplomatik əlaqələri kəsdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə