Azərbaycanda qanunsuz ov edən iki ərəb saxlanılaraq cərimə olunub.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, iki gün öncə əcnəbi vətəndaşlar Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğu üçün 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.