Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər Universitetinin 6 tələbəsi gətirilib.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə, onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.