Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrlə onlayn müşavirə keçirib.
Uluses.com..Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, video-müşavirə vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
İcra başçısı həmçinin bildirib ki, kəndlərdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmalıdır. V. Hacıyev onlayın müşavirədə iştirak edən İmişli rayon gigiyena və epidemiologiya mərkəzinin baş həkiminə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində dezinfeksiya işlərinin gücləndirilməsi tapşırığını verib. Hər hansı bir neqativ hal baş verdiyi halda dərhal Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargaha məlumat verilməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.