Cari tədris ilində məzun olan şagirdlərə attestatlarda hər iki yarımil üzrə dərs saatlarının miqdarı yazılacaq.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Təhsil nazirliyin əməkdaşı Anar Mirzəzadə verib.
O bildirib ki, bu tədris ilində məzun olan şəxslərin attestatlarında hər fənn üzrə təsdiq olunmuş bütün dərs saatlarının miqdarı qeyd olunmalıdır.