Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 289 321 nəfər artaraq 17 396 943-ə yüksəlib. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 6 142 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 675 060-a çatıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.