Aktyor Elcan Rəsulovdan sonra aktrisa Kəmalə Piriyeva da “Ər və arvad” serialından gedib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki baş qəhrəmanın ayrıldığı reytinqli ekran işinin ssenarisində də dəyişiklik olacaq.
Hər çərşənbə axşamı və çərşənbə ATV-də yayımlanan layihəyə 3 cütlük cəlb olunacaq, onların maraqlı dialoqları efirdə göstəriləcək. Serialda rol alacaq cütlüklərin adları hələlik məlum deyil.