Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, dördü isə Azərbaycan dilində olmaqla beş səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər martın 8-də “Toya bir gün qalmış” martın 9-da “Buratino” və “Molla Nəsrəddinin beş arvadı” tamaşalarına baxa biləcəklər.
Martın 10-da isə “Buratino” və “Ər və arvad” tamaşaları təqdim olunacaq.