Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdan sonra xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka da koronavirusa yoluxub.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir k, Tatyana rus KİV-nə açıqlamasında test nəticələrinin pozitiv çıxdığını qeyd edib.
O, ailəsinin digər üzvlərini virus təhlükəsindən qorunmaq üçün Peskovla birlikdə xəstəxanada müalicə aldığını söyləyib: “İki gün ərzində özümə gələ bilmişəm. Hər şey qaydasına düşür, hərarətim yoxdur. Virus böyük ehtimal mənə Peskovdan keçib. İlk o, yoluxub”.