TV 8-də yayımlanan məşhur “Survivor” yarışmasının iştirakçısı Barış Murat Yağcı dünya üzrə rekorda imza atıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc aktyorun instaqramda paylaşdığı fotoya 10 milyondan çox şərh yazılıb.
1, 7 milyon izləyicisi olan Barışın paylaşımı dünya ulduzu Selena Qomez və futbolçu Diego Costanı geridə qoyub. Onların bir paylaşımına 9, 9 milyon şərh gəlib.