Ginekoloji xəstəlik Endometrioz.
Endometrioz endometriya qişasının özünə məxsus olmayan yerlərdə, yəni uşaqlığın daxilində yox; digər orqanlarda yerləşməsidir.Bu günə qədər sonsuzluğun və çanaq ağrılarının səbəbi kimi aktual olaraq qalır.Reproduktiv yaş dövründə olan qadınların xəstəliyidir. Tsikliki xarakter daşıdığı üçün get gedə xəstəlik və şikayət artmağa meyl edir. Səbəb olaraq endometrial, implantasion, hormonal, embrional, metaplastik, genetik və s. göstərilir. Diaqnoz əsasən anamnez və USM-nə görə qoyulur. Tam müalicəsi yoxdur, yalnız hormonal, simptomatik və cərrahi üsullar mövcuddur.
F. Rüstəmova