• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döydü

Tarix : 21-01-2023, 11:27 Oxunub : 15 Bölmə :gundem / manset
Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döydü
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirdin döyüldüyü iddia edilib.

Bu barədə 27 nömrəli tam orta məktəbdə təhsil alan R.E.-nin valideyni sosial şəbəkələrdə məlumat paylaşıb.

Valideyn iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən planlı şəkildə vəhşicəsinə döyülüb:

“Yanvarın 13-də oğlumla digər sinfin şagirdləri arasında münaqişə baş verib. Daha sonra məktəbin müəllimləri onları barışdırmağa çalışsa da, digər şagird oğlumu öldürməklə hədələyib. Məsələ barədə dəfələrlə məktəbə gedib narahatlığımı bildirdim. Mənə “hər şey qaydasındadır”, - deyib, yola saldılar. Bir neçə gün əvvəl oğlumu hədələyən şagird qardaşı və yaxınları oğlumu vəhşicəsinə döyüblər”.

Məsələ barədə Bakı şəhəri 27 nömrəli tam orta məktəblə əlaqə saxladıq.

Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023-cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.

“Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - deyə qeyd edilib.

İlhamə Əbülfət
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il gəlsinlər” - ŞİKAYƏT

    İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il ...

    30-07-2022, 11:40

  • Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi

    Məktəbi daha tez bitirmək istəyən 16 şagird ...

    18-01-2020, 07:14

  • Məktəb ölən şagirdlə bağlı məlumat yaydı

    Məktəb ölən şagirdlə bağlı məlumat yaydı ...

    27-11-2019, 10:18

  • Daha bir məktəbdə faciə - Bir şagird ölüb, ikisi isə...

    Daha bir məktəbdə faciə - Bir şagird ölüb, ikisi ...

    10-04-2019, 10:11

  • Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü

    Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü ...

    5-10-2018, 08:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!