Böyüklərdə sarılıq..
Sarılıq qan zərdabında bilirubinin səviyyəsi 3 mq/dl-dən (51.3 μmol/l) artıq olduqda müşahidə edilir. Onun yalnız fiziki müayinə ilə aşkar olunması çətinlik törədə bilər. Çox hallarda kəskin sarılıq ciddi bir əsas xəstəliyin əlaməti kimi çıxış edir və ikincili olaraq intra və ekstrahepatik səbəblərdən meydana gəlir. 700-dən çox adamın iştirakı ilə keçirilən retrospektiv tədqiqat göstərib ki, böyüklərdə kəskin sarılığın əksər hallarda (55%) virus hepatiti, qaraciyərin alkoqol xəstəliyi və qaraciyərin medikamentoz zədələnməsi daxil olmaqla intrahepatik xəstəliklər nəticəsində yaranır. Kəskin sarılıq hallarının yerdə qalan 45%-i ekstrahepatik mənşəlidir və bura öd daşı xəstəliyi, hemoliz və bədxassəli törəmələr daxildir.
Ailehekimiklinikasi.az