ulusestv.az-ın bölgə müxbiri Məmməd Emirşanov bildirir ki, Zaqatala rayon elektrik şəbəkəsi idarəsində özbaşınalıq hökm sürür. İdarə rəisi Şahin Xəlilov öz maddi maraqlarına görə abonentlərin elektrik verilişlərinin tez-tez kəsilməsinə səbəb olur. Bir neçə gün bundan öncə bölgə müxbirimizin yaşşadığı Mazıx kəndinin yaxınlığında bir neçə istirahət mərkəzlərinin fəaliyyətinə ("Şəlalə", "Ay işığı", “Təpə Göz” istirahət mərkəzi) , yəni istirahət mərkəzinə qeyri-qanuni çəkilmiş elektrik xəttinə görə kəndə məxsus olan elektrik paylayıcı transformatora yük düşdüyü üçün dəflərlə transformator elektrik verilişini dayandırmışdır. Bu səbəbdən abonentlərin məişət elektrik avadanlıqları sıradan çıxmışdır. Zaqatala rayon elektrik şəbəkəsi idarəsinin rəisi Şahin müəllimə dəfələrlə şifahi müracitələr olunsa da o öz şəxsi marağını üstün tutaraq qulaqardına vurur.
Bildiyimiz kimi bu yaxnılarda Mingəçevir İES-də baş vermiş qəzayla bağlı ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları “Azərişıq” ASC-nin rəhbərliyinə və bölgələrdəki əməkdaşlarına tapşırıq vermişdir. Belə qənatə gəlmək olar ki, Şahin Xəlilov Prezidentimizin tapşırıqlarını nəinki əməl etmir, hətta vətəndaşlarımızı ölkə başçısına qarşı çıxardır, təbliğat aparır. Şahin Xəlilov dövlətimizə və dövlətçiliyimizə xələl gətirəcək qədər əməllər törədir.
Biz Kütləvi İnformasiya Vasitələri olaraq böləgələrimizdə əmin-amanlığın və sakitçiliyin qorunub saxlanmasına kömək olaraq “Azərişıq” ASC-nin rəhbərliyindən xahiş edirik bölgələrdə ki, elektrik şəbəkəsi əməkdaşlarına göstəriş versin.
Davamı var.
Bölgə müxbiri: M.Emirşanov