Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən aptekdə qeydə alınıb.
Orada işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyeva iş yerində bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qadını həyat yoldaşı Anar İsmayılov şəxsi münasibətlər zəminində bıçaqlayıb.
Faktla bağlı araşdırma gedir.