Zaqatala rayonunda “VАZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük maşını toqquşub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıblar.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Oxu.Az