Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəziyyəti stabildir.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə 1 saylı Omsk təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski açıqlama verib.
O bildirib ki, bu məlumatı Navalnının köçürüldüyü “Charite” klinikasındakı həmkarlarından alıb.
Xatırladaq ki, avqustun 20-də Tomsk şəhərindən Moskvaya uçuş zamanı Navalnının halı pisləşib. Bundan sonra təyyarə Omsk şəhərinə təcili eniş edib, siyasətçi təcili xəstəxanaya yerləşdirilib. İlkin mərhələdə ona naməlum psixodisleptiklə zəhərlənmə diaqnozu qoyulub.
Siyasətçi avqustun 22-də Almaniyanın Berlin şəhərində yerləşən “Charite” klinikasına yerləşdirilib.