Hindistanın Qoa ştatından Rusiyanın paytaxtı Moskavaya uçan, “Azur Air” aviaşirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib. Təcili enişə səbəb texniki problem olub.
Təyyarə Bakı aeroportunda saat 11:05-də enib. Sərnişinlər üçün əlavə təyyarə göndəriləcək.