Novosibirsk-Moskva reysi üzrə uçan “Boinq -738” təyyarəsi Permdə “Bolşoe Savino” hava limanında məcburi eniş edib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb göyərtədəki 62 yaşlı Azərbaycan vətəndaşının özünü pis hiss etməsi olub. Belə ki, sərnişində infarkt əlamətləri müşahidə olunduğundan layner təcili enməyə məcbur olub. Hava limanında azərbaycanlıya ilkin tibbi yardın göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Təyyarə hava limanında 1 saat qaldıqdan sonra Moskvaya uçub.