İranda prezident seçkiləri 2021-ci il iyunun 18-də keçiriləcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın Daxili İşlər nazirinin müavini Camal Orf açıqlama verib.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə razılığa gəldikdən sonra seçkilərin 18 iyun 2021-ci ildə keçirilməsi qərara alındı”,- deyə açıqlamada qeyd edilib.
Camal Orf, həmçinin bildirib ki, seçki prosesinin başlanğıcı 2021-ci ilin fevral - mart aylarına planlaşdırılıb.