Türkiyənin Baş Polis İdarəsinin feysbuk səhifəsində Azərbaycana dəstək məqsədli paylaşım edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paylaşımda bir daha Azərbaycan-Türkiyə qardaşlığına dair fikirlər qeyd olunub.
“Tarix, dil, din, mədəniyyət birliyi içində olduğumuz azəri qardaşlarımızla gələcəyimiz də, taleyimiz də birdir. Türkiyə də vətəndir, Azerbaycan da vətəndir... O vətən güclü olmasa, bura güclü olmaz. Bura güclü olmasa, ora güclü qala bilməz. Daim yan-yana, daim çiyin-çiyinə”,- deyə paylaşımda qeyd olunub.