ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı rekord həddə – 154 576 nəfər artıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “CNN” telekompaniyası Con Hopkins Universitetinə istinadən xəbər verib.
Daha əvvəlki rekord noyabrın 12-də qeydə alınmışdı (153 496 yoluxma halı).
Universitetin məlumatına əsasən, ölkədə 10,7 milyondan çox insan koronavirusa yoluxub, 244 169 xəstə bu virusdan dünyasını dəyişib.