Mərakeşdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 539 nəfərdə koronavirus aşkarlanıb.
Ulusestv.Az“Qafqazinfo”ya istinadən bildirir ki, bununla da Mərakeşdə koronavirusa yoluxanların ümumi sayı 9 613-ə yüksəlib.
Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Virus qurbanlarının ümumi sayı dəyişməz olaraq qalıb (213 nəfər).
İndiyədək 8 117 nəfər sağalıb. Ölkədə 1 283 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-si ağır vəziyyətdədir.