Suriya Baş nazirinin müavini və xarici işlər naziri Vəlid Muallem vəfat edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə SANA dövlət agentliyi nazirliyə istinadən məlumat yayıb.
“Xarici İşlər Nazirliyi nazir Vəlid Muallemin vəfat etdiyini açıqladı”, - deyə agentliyin məlumatında bildirilib.
Qeyd edək ki, Vəlid Muallemin 79 yaşı var idi.