Yanvarın 13-də Yaponiyada baş vermiş 7,3 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 124-ə çatıb.
Bu barədə Yaponiyanın İctimai Televiziyasına istinadən xəbər verir.
Xəsarət alanların çoxu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.
Yeraltı təkanlar Fukusima, Miyaqi və paytaxt regionu da daxil olmaqla, ən azı on prefekturada hiss olunub. Ölkənin Milli Meteorologiya İdarəsi bir həftə ərzində afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edib -bu günə qədər 20-dən çox afterşok olub. Yaponiya seysmoloqlarının fikrincə, zəlzələnin özü 11 mart 2011-ci ildə baş vermiş zəlzələnin afterşok idi.
***
Zəlzələ nəticəsində xəsarət alanların sayı 150-yə çatıb.
Bu barədə Yaponiyanın “Kyodo” agentliyi xəbər verib.
“Qafqazinfo”