Nigerin Mali ilə sərhədində mülki şəxsləri hədəf alan terror hücumu baş verib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücum nəticəsində 58 nəfər həyatını itirib.
Hökumətin açıqlamasına görə, motosikletli silahlı şəxslər dünən Tillaberi bölgəsindəki Banibanqou səmtində qurulan heyvan bazarından dönənləri daşıyan avtobusa hücum ediblər.
İlkin məlumata görə, 58 nəfər ölüb, ancaq bəzi yerli mənbələr ölü sayının 65 olduğunu iddia edir.
Hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib, lakin İŞİD-in törətmiş ola biləcəyi ehtimal olunur.
***
Terror hücumu nəticəsində ölənlərin sayı artaraq, 65-ə çatıb.
Bu barədə “Radio France International” radiostansiyası xəbər verib.