Meksikada mayın 3-ü baş verən metro faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Andres Manuel Lopez Obrador müvafiq fərman imzalayıb.
“3 may 2021-ci il tarixində Mexiko Siti metrosunun kollektiv nəqliyyat sisteminin 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi”,- deyə sənəddə qeyd olunub.
Prezidentin fərmanı dərc edildiyi andan qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endiriləcək.
Xatırladaq ki, mayın 3-də Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində 25 nəfər həlak olub, 79 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.