Avstraliyanın Tasmanya ştatında bir məktəbdə batutdan yıxılan beş şagird həyatını itirib.
Bu barədə regional polis idarəsindən məlumat verilib.
Belə ki, dərsdən sonra 6-cı sinif şagirdləri ilin bitməsi münasibətilə ənənəvi piknik zamanı məktəbin həyətində batutda oynayarkən külək onu təxminən 10 metr hündürlüyə uçurub. Bu zaman onun üzərinə olan uşaqlar həmin məsafədən yerə çırpılıblar.
Daha dörd uşaq xəstəxanadadır. Onların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Mənbə:Oxu.Az