Rusiya hərbi müdaxiləsinin ilk günündə Ukraynada cinayətlərin sayı demək olar ki, sıfıra enib.
Bu barədə Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“İşğaldan sonra cinayətkarlıq demək olar ki, sıfıra enib. Ukraynanın heç bir şəhərində quldurluq və talan olmayıb”, - o, “Facebook” səhifəsində yazıb.
Geraşenkonun sözlərinə görə, polis “vəziyyəti gərginləşdirmək məqsədilə edilən bütün cəhdlərə sərt reaksiya vermək” üçün dəqiq göstərişlər alıb.
“Milli polis gücləndirilmiş iş rejimində işləyir”, - Geraşenko əlavə edib.
Mənbə:Oxu.Az