Böyük Britaniya kraliçası II Yelizaveta COVID-19-dan sağalıb.
Monarxın səhhətindəki yaxşılaşma barədə kraliçanın martın 1-də Vindzor qəsrindən video bağlantı ilə həyata üç görüşə əsasən xəbər yayılıb.
Bildirilib ki, o, xəstəliyi dövründə belə tədbirləri ləğv edib. Kraliça boğuq səsi səbəbiylə görüşlərdən imtina edib.
Qeyd edək ki, II Yelizavetanın koronavirusa yoluxması fevralın 20-də məlum olub.
Mənbə:Oxu.Az