ABŞ açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləmək pis seçimdir. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin CNN-nə müsahibəsində deyib:
“Mən spekulyasiya etmək və ya hipotetik əsaslandırmaya getmək istəmirəm. Ümid edirəm ki, Çin dəstək göstərməyəcək”.
Onun sözlərinə görə, ABŞ Çinə Rusiyanı dəstəkləməyin pis seçim olacağını açıq şəkildə bildirib.
Mənbə:Oxu.Az