Niderland öz şirkətlərinin Moskvanın qaz ödənişlərinin rublla həyata keçirilməsi tələbini qəbul etməsinə icazə verməyəcək.
“Niderland hakimiyyəti Avropa Komissiyasının Rusiya tərəfindən verilmiş qərarın mövcud sanksiyaların pozulması anlamına gəldiyi qənaəti ilə razılaşır. Bu o deməkdir ki, Niderland şirkətlərinə bu şərtlərlə razılaşmağa icazə verilmir”, - deyə Niderlandın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyindən bildirilib.
Mənbə: Oxu.Az