İsrail hərbçiləri ilə toqquşma zamanı yaralanan fələstinli gənc xəstəxanada dünyasını dəyişib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildiriblər.
16 yaşlı yeniyetmə Rəfah şəhəri yaxınlığında güllə yarası alıb.
İsrail ordusundan bildiriblər ki, faktla bağlı araşdırma aparılır.