
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində bu ölkəyə məxsus 155-dən çox gəminin ya məhv edildiyi, ya da zədələndiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu məlumat ABŞ Mərkəzi Komandanlığının yaydığı açıqlamada yer alıb.
Qeyd olunur ki, 6 aprel tarixinə olan vəziyyətə görə, İranın 155-dən artıq gəmisi sıradan çıxarılıb və ya zərər görüb.
Eyni zamanda, açıqlamada ABŞ ordusunun “Epik Qəzəb” adlı əməliyyat zamanı 13 mindən çox hədəfi vurduğu da deyilir.