
Moskvadan Gəncəyə uçmalı olan təyyarədə texniki problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanına Moskva şəhərindən bu gün saat 05:45 də uçmalı olan UT-744 reysli təyyarə havaya qalxmayıb.
İlkin məlumata görə, gecikməyə səbəb texniki problem göstərilir. Reyslə Gəncəyə 114 sərnişinin gəlməli olduğu bildirilib.
Gəncədən isə geri qayıtması planlaşdırılan təyyarənin uçuşu saat 20:20-yə təyin olunub.
Yunis Quliyev