• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır

siyaset / manset

Bu gün, 10:18

“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamda rəsmi səfərdədir və səfərin ilk saatlarından diqqəti cəlb edən əsas xüsusiyyət odur ki, bəzən dövlətlərarası münasibətlərin səviyyəsini diplomatiya yox, uzunömürlü qarşılıqlı etimad, tarixi yaddaş və güclü dostluq müəyyən edir. Azərbaycanla Vyetnam arasındakı münasibətlər də məhz belə bir tarixə malikdir. Bu tarixin ən mühüm səhifələrindən biri isə 1983-cü ilin oktyabrında Ulu öndər Heydər Əliyevin Vyetnama səfəridir. Çünki həmin səfər sonrakı onilliklərdə formalaşan münasibətlərin mühüm siyasi və iqtisadi əsaslarını yaratdı.

Həmin dövrdə Heydər Əliyev artıq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi Sovet İttifaqının Şərq ölkələri, Afrika və digər regionlarla əlaqələrinin qurulmasında və inkişafında birbaşa iştirak edirdi. Onun 1983-cü ilin oktyabrında SSRİ ilə Vyetnam arasında 1978-ci ildə imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsinin beşinci ildönümü münasibətilə bu ölkəyə səfəri tarixi dostluq münasibətlərinin əsasını qoydu. Heydər Əliyevin rəhbərlik etdiyi partiya-hökumət nümayəndə heyəti Hanoyda yüksək səviyyədə qarşılandı. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Le Zuan, Dövlət Şurasının sədri Çonq Tin və Nazirlər Şurasının sədri Fam Van Donq da daxil olmaqla ölkənin ali rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirdi, mühüm danışıqlar apardı.

Həmin vaxt artıq səkkiz il idi ki, ABŞ ilə müharibə başa çatmışdı, Vyetnam vahid dövlət kimi birləşmişdi. Lakin ölkə ağır dağıntılar, iqtisadi böhran, infrastruktur çatışmazlığı və böyük sosial problemlərlə üz-üzə qalmışdı. Vyetnamın yenidən qurulması üçün böyük maliyyə, texnologiya, sənaye avadanlığı və mütəxəssis dəstəyinə ehtiyacı vardı. Öz növbəsində SSRİ də Vyetnamla əlaqələrin dərinləşməsinə xüsusi maraq göstərirdi və geosiyasi müstəvidə bu əlaqələr xüsusi əhəmiyyəti ilə seçilirdi. Belə ki, 1970-ci illərin sonlarında SSRİ ilə Çin arasında münasibətlər kəskin pisləşmişdi. Vyetnamın da Çinlə münasibətləri gərginləşmiş, 1979-cu ildə iki ölkə arasında müharibə baş vermişdi. Məhz bu şəraitdə SSRİ Vyetnamla müttəfiqliyini gücləndirməyə çalışırdı. Moskva üçün Vyetnam təkcə dost sosialist ölkəsi deyil, həm də Çinin cənub sərhədləri yaxınlığında mühüm geosiyasi dayaq idi. Başqa sözlə, SSRİ Asiyada Çinin təsirini balanslaşdırmaq, özünün regional mövqelərini gücləndirməyə çalışırdı.

Digər tərəfdən SSRİ Vyetnamın cənubundakı Kamran körfəzinə çıxış imkanı əldə etmək istəyirdi. Dünyanın ən əlverişli təbii dərin su limanlarından olan bu körfəz SSRİ-yə Sakit okean və Hind okeanı istiqamətlərində hərbi-dəniz imkanlarını artırmaq, Cənub-Şərqi Asiyada mövqelərini möhkəmləndirmək imkanı verirdi. 1978-ci il Dostluq və Əməkdaşlıq Müqaviləsi artıq SSRİ üçün bu imkanı yaratmışdı. İndi ABŞ ilə müharibədə qalib gəlmiş Vyetnamın qarşısında başqa bir sınaq dayanırdı: müharibədə qazanılmış qələbəni iqtisadi inkişafa çevirmək. SSRİ bu prosesdə əsas tərəfdaş olmaq istəyirdi. Bununla həm sosialist sisteminin üstünlüyünü nümayiş etdirməyə, həm də Vyetnamın iqtisadi inkişafında uzunmüddətli mövqelər qazanmağa çalışırdı. Energetika, neft hasilatı, ağır sənaye, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur Moskvanın əməkdaşlıq gündəliyində mühüm yer tuturdu. Bir sözlə, Vyetnam üçün həmin dövrdə SSRİ ilə münasibətlər təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq mövqelərin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin nümayəndə heyətinə rəhbərlik etməsi isə səfərin siyasi çəkisini daha da artırırdı.

Azərbaycan-Vyetnam münasibətlərində neft amili hər zaman xüsusi yeri ilə seçilib. Bu əlaqənin tarixi sovet dövründə formalaşmış müştərək enerji layihələrinə, xüsusilə Vyetnamın neft sənayesinin inkişafında iştirak etmiş Azərbaycan mütəxəssislərinin fəaliyyətinə gedib çıxır. Həmin dövrdə Vyetnamın dənizdə neft və qaz ehtiyatlarının işlənməsi üçün həm texnologiyaya, həm də peşəkar kadrlara ehtiyacı vardı. Azərbaycan isə artıq zəngin neft ənənələrinə, mühəndislik məktəbinə, mütəxəssis və texniki imkanlara malik idi. 1981-ci ildə yaradılmış “Vietsovpetro” birgə müəssisəsi bu əməkdaşlığın əsas institusional platformasına çevrilmişdi.

1983-cü ildə Heydər Əliyevin Vyetnam səfəri çərçivəsində neft sənayesi ilə tanışlığa xüsusi diqqət yetirilməsi də təsadüfi deyildi. Xüsusilə Vunq Tau istiqamətindəki neft fəaliyyəti diqqət çəkir. Heydər Əliyevin tapşırıqlarına əsasən o dövrdə Bakıdan əlavə mütəxəssislərin və avadanlıqların cəlb edilməsi nəticəsində ilk Vyetnam nefti əvvəlcədən proqnozlaşdırılan kimi on ilə yox, cəmi bir ilə hasil olunmuşdu. Söhbət hələ 70-ci illərin ortalarında kəşf edilən, lakin istismar olunmayan “Ağ pələng” yatağından gedir. 1984-cü ilin mayında yataqdan sənaye əhəmiyyətli neft aşkar edildi, kommersiya neftinin hasilatına isə bundan cəmi iki il sonra başlandı. Bu hadisə Vyetnamın neft hasil edən ölkəyə çevrilməsində mühüm mərhələ oldu. Bu, Azərbaycan neft məktəbinin beynəlxalq miqyasda özünü təsdiqləməsinin, milli mütəxəssislərin başqa ölkələrin iqtisadi inkişafında iştirakının mühüm nümunəsi idi. Azərbaycanlı mütəxəssislər Vyetnamda neft sənayesinin formalaşmasına, texniki biliklərin ötürülməsinə və yerli kadrların yetişdirilməsinə də töhfə verirdilər.

Heydər Əliyevin Vyetnama səfəri çərçivəsində oktyabrın 31-də Hanoyda Sovet-Vyetnam Dostluq və Əməkdaşlıq Müqaviləsinin beşilliyinə həsr olunmuş böyük mitinq keçirildi. Tədbirdə Vyetnamın Baş naziri Fam Van Donq və digər yüksək vəzifəli şəxslərlə yanaşı, Heydər Əliyev də çıxış etdi. Onun çıxışında müqavilənin əhəmiyyəti, iki ölkə arasında siyasi münasibətlərin möhkəmləndirilməsi, təsərrüfat, elmi-texniki və mədəni əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tuturdu. Heydər Əliyev həmin müqaviləni münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm sənəd kimi qiymətləndirmişdi. Ancaq onu da qeyd etmək lazımdır ki, 1983-cü il səfəri yalnız siyasi görüşlər və yubiley tədbirləri ilə məhdudlaşmadı. Səkkiz gün davam edən səfərin proqramı Vyetnamın iqtisadi həyatının müxtəlif sahələrini, sənaye müəssisələrini, energetika obyektlərini, neft yataqlarını və mədəniyyət məkanlarını da əhatə edirdi. Bu fakt onu göstərir ki, Heydər Əliyev həmin səfəri yalnız siyasi təmsilçilik missiyası kimi deyil, Vyetnamın inkişaf imkanlarının yerində öyrənilməsi və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli hesab edirdi.

Prezident İlham Əliyevin Vyetnama budəfəki səfəri isə həmin tarixi səhifəyə yeni məzmun qazandırır. 43 il əvvəl Heydər Əliyev SSRİ rəhbərliyinin nüfuzlu nümayəndəsi kimi Vyetnamla iqtisadi, siyasi, elmi-texniki və mədəni əlaqələrin genişlənməsində iştirak edirdi. Bu gün onun siyasi kursunun davamçısı müstəqil Azərbaycanın Prezidenti həmin ölkə ilə münasibətləri daha yüksək – strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu, iki səfər arasında yalnız tarixi paralel deyil, həm də Azərbaycanın dövlətçilik tarixindəki davamlılığın, qarşılıqlı etimadın təzahürüdür.

Yunis Orucov

Əməkdar jurnalist

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

11-12-2023, 12:39

Ümummilli lider Heydər Əliyevin anım günüdür!

gundem / ust / manset

23-04-2024, 13:46

Azərbaycan-Rusiya əlaqələri inkişaf etməkdədir

gundem / manset

28-02-2023, 19:17

Heydər Əliyev – Dahi xilaskar və dövlət qurucusu

siyaset / manset

10-05-2025, 10:27

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

gundem / siyaset / manset

12-12-2024, 11:39

Azərbaycançılıq idealogiyasının banisi,Azərbaycan xalqının əbədiyaşar lideri, Ulu Öndərimiz Heydər Əliyevin vəfatının 21 ildönümüdür-Könül Nəbizadə

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:29
    Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
  • Bu gün, 10:23
    QHT-lər üçün qrant müsabiqələri elan edildi
  • Bu gün, 10:18
    “Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
  • Dünən, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • Dünən, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • Dünən, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • Dünən, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • Dünən, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • Dünən, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • Dünən, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • Dünən, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • Dünən, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • Dünən, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
  • Dünən, 10:40
    Avtomobil su arxına düşdü - Sürücü öldü
  • 18-11-2026, 16:58
    Deputat Məşhur Məmmədov fermerlərin müdafiəsinə yönələn təkliflə çıxış etdi
  • 18-11-2026, 14:24
    ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
  • 18-11-2026, 13:43
    ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
  • 18-11-2026, 12:28
    Leyla və Alyona Əliyevalar konsertdə
  • 18-11-2026, 12:22
    Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
  • 18-11-2026, 12:11
    Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
  • 18-11-2026, 12:03
    Jestləri ilə gündəm oldu
  • 18-11-2026, 11:41
    Kudo üzrə yeganə dünya çempionumuz ikinci dəfə Avropa çempionu oldu
  • 17-11-2026, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • 17-11-2026, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • 17-11-2026, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • 17-11-2026, 12:09
    8 aylıq hamilə qadın öldü
  • 17-11-2026, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • 17-11-2026, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 17-11-2026, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • 17-11-2026, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • 17-11-2026, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • 17-11-2026, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə